Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏRŞ
is. [ər.] şair. Göy, asiman. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət.
□□ Ərşə bülənd olmaq - bax ərşə çıxmaq. [Qərib:] Səbrə taqətim yox, gəlməz qərarım; Ərşə bülənd olub ah ilə zarım. “Aşıq Qərib”. Ərşə çıxmaq - ucalmaq, göylərə qalxmaq. Göy üzündə açanda biz qanadı; Ərşə çıxar yağıların fəryadı. R.Rza. Ərşə dayaq olmaq - bax ərşə dayanmaq. Ərşə dayanmaq - bax ərşə çıxmaq. Fərraşların küçələrdə səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Ərşə qalxmaq - b a x ərşə çıxmaq. Məzlumların ah və naləsi ərşə qalxdı. C.Məmmədquluzadə. Ərşə ucalmaq bax ərşə çıxmaq. Zülfün qəmi bir halə salıbdır məni, ey məh! Naləm ucalır ərşə şəbi-tar gələndə. S.Ə.Şirvani. Ərşi-əla şair. - uca göy, səma, asiman. Hər düşəndə qəddin yada, ağlaram; Unüm çıxar ərşiəlayə, pəri! M.P.Vaqif. Ərşi-fələk - bax ərşi-əla. [Ağamərdan:] Əyər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axundzadə. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Ərşi-müəlla şair. - bax ərşi-əla. Arizin gün əvəzi aləmi nurani edər; Gər mələklər çəkələr ərşi-müəllayə səni. S.Ə.Şirvani. Başı ərşə durmaq (qalxmaq, dayanmaq)
çox uca, hündür, yüksək şey haqqında. [Nigar:] Başı ərşə duran dağlar; Dağlar, Eyvazı neylədiz?! “Koroğlu”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....