Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏRKAN
is. [ər. “rükn” söz. cəmi] top.
Yüksək vəzifəli dövlət məmurları, dövləti idarə edən adamlar. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. M.F.Axundzadə. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində Iskəndər bəy dağlarda padşahlıq edirdi. Ə.Haqverdiyev. [Hacib:] Alp Arslan ətrafını saran saray ərkanı və ordu ilə bərabər gələr. H.Cavid.
2. məc. dan. Ədəb qaydaları; rəsm, adət. Hər kəsin ərkanı var; Oduna gedənin örkəni. (Ata. sözü). Bu necə adətdir, necə ərkandır? M.P.Vaqif. Adam var ki, yol, ərkanı bəyənməz. Aşıq Abbas.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....