Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏRİŞTƏ

is. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbərpəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü. Ə.Sadıq.
2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası.
□□ Əriştə doğramaq məc. - bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü). [Səfər:] Indi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....