Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏR
1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin. S.Ə.Şirvani. Zeynəb .. ərinə deyirdi: - Bilmirəm, mən olmasaydım, sən .. necə yaşıya bilərdin? S.S.Axundov. Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman. □ Ərə getmək - nikahlanmaq, birinin arvadı olmaq. [Nənəcan] bir qarından ötrü ərə getməkdən dul yaşamağı əfizəl bilirdi. N.Nərimanov. [Pəri:] Fəqət ərə getmək asanmı? C.Cabbarlı. [Gülnaz:] Yox, yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm. Ü.Hacıbəyov. Ərə vermək - nikahlatmaq, öz qızının, bacısının və s.-nin biri ilə nikahlanmasına razı olmaq. [Sərvər:] ..Atan səni bir özgəsinə ərə vermək istəyir. Ü.Hacıbəyov.
2. sif və is. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). [Orxan:] Ər kişidə olur bir söz, bir məram. H.Cavid. [Altunbay:] Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə; Solmazı çoxmu sevirsən? C.Cabbarlı.
□□ Ər oğlu ər - igid, qəhrəman. [Nəbi:] Bizimkilərdir; Qəhrəmanla Vəli ər oğlu ərdir. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....