Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏNG
is. Alt çənə. Əng sümükləri. - Nə qoyarsan ənginə; Rəngi çıxar rənginə. (Ata. sözü). [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Kazım isə qoz ləpəsini o əngindən o biri ənginə aparıb, onu əzməyə çalışırdı. Çəmənzəminli.
□□ Əngi qızışmaq - çox danışmaq, uzunçuluq eləmək, çərənləmək. Ənginə vermək, əngini yormaq - bax əngi qızışmaq. Boşla, xala, cəfəngini; Müfitəcə yorma əngini. Ə.Nəzmi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....