Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏNDİŞƏ

is. [fars.] 1. Fikir, qayğı. Mənəm qalan haman bu əndişədə; Zəmanə dönübdür, qovğayə bir bax. Q.Zakir. Aldılar cümlə əllərə tişə; Yox könüllərdə özgə əndişə. M.Ə.Sabir. İnsanın əndişəsi çoxaldıqca onun yuxu görməyi də artır. S.Rəhimov.
Narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu. [Yusif:] Musanın, o bədbəxt qardaşımın iztirab və əndişələri həp sönüb bitdiyinə bir aydın şahiddir. H.Cavid. Firidun bir zaman parlaq ay işığında Gülnazgilin yatdığı səkiyə çıxdı, əndişə ilə dolu o gecəni xatırladı. M.İbrahimov. □ Əndişə etmək, əndişəyə düşmək, əndişə çəkmək
narahat olmaq, nigaran qalmaq, təşvişə düşmək, iztirab çəkmək, qorxmaq. Doyunca zövq alaq nazü qəmzədən; Əndişə çəkməyək heç bir kimsədən. M.P.Vaqif. [Yusif şah:] Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarını hüzura göndərsin. M.F.Axundzadə. Əndişə oyandırmaq - narahatlığa, təşvişə səbəb olmaq, qorxu, ehtiyat doğurmaq. // Şübhə, vəsvəsə, təlaş.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....