Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏNDƏRUN
[fars.] 1. sif. köhn. İç, içəri, daxil. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə.
is. İran evlərində: evin ailə və qadınlara məxsus hissəsi. [Yusif şah:] [Xacə Mübarəkə:] Çünki sən həmişə 0ah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. M.F.Axundzadə. Məclislə əndərunun arasında dolaşan Fərman idi. Ə.Haqverdiyev.
is. Ümumiyyətlə, otaq mənasında. Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....