Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏMTƏƏ

is. [ər. “məta” söz. cəmi] iqt. kit. Mübadilə üçün istehsal edilən əmək məhsulları; mal. Əmtəə insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən şeydir. - [Ömər Lütfi:] Şəhərdə olan bütün əmtəə təcili surətdə ixrac edilməlidir. H.Nəzərli. □ Əmtəə dövriyyəsi iqt.
malların xalq təsərrüfatında dövr etməsi. Şəhərlə kənd arasında əmtəə dövriyyəsinin artması. Əmtəə istehsalı iqt. - səciyyəvi xüsusiyyəti, alğı-satqı yolu ilə mübadilə üçün məhsul istehsal etməkdən ibarət olan ictimai istehsal. Əmtəə mübadiləsi iqt. mal mübadiləsi, mal dəyişmə. Beynəlxalq əmtəə mübadiləsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....