Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏMMƏK
f 1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir. - Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Ə.Vəliyev. // Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək.
məc. Qidalanmaq, qüvvət almaq. Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən. S.Vurğun. Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. M.Rahim.
□□ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....