Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏMLİK
is. Yenicə ota düşən və eyni zamanda anasını əmən quzu, keçi. Əmliklər çəkdirəm şişə; Bir ağır yığnağım ola! “Koroğlu”. Bir əmliyin bir tümənə satılır; Xəzəl oldu yenə pulların, dağlar! Aşıq Ələsgər. Gəl oturma belə tək; Kürdə bir əmlik kəsək. M.Rahim. // Sif. mənasında. Əzizim, bahar barı; Şirindir bahar barı; Kəsmə əmlik quzunu; Qoy gəlsin bahar, barı. (Bayatı). Yaylağın sərin havası, əmlik quzunun əti kazakları kefləndirib şirin yuxuya vermişdi. “Qaçaq Nəbi”. Yaxşı əmlik quzu kəsmişəm, çox gözəl İsfahan şərabı da vardır. M.S.Ordubadi. □ Əmlik kimi bəslənmiş quzu kimi, lap gənc, gözəl, şux. Yalan ha deyil, bəxtli olmasan, belə əmlik kimi qızı almazdın. A.Şaiq. [Uşaqlar] .. bəslənmiş əmlik kimi analarının yanına düşüb yüyürürdülər. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....