Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏMİN
sif. [ər.] 1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. Əmin yol. Əmin yer.
Tamamilə xatircəm, arxayın, qane. Bu işin baş tutacağına biz əminik. - [Məhərrəm:] Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. Cabbarlı. Izzət qarı əmin idi ki, .. o gülün kökünü qazıb çıxarmaq lazımdır. Ə.Məmmədxanlı. □ Əmin etmək - inandırıb rahat etmək, tamamilə inandırmaq, xatircəm etmək, arxayın etmək, inandırıb qane etmək. Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. M.S.Ordubadi. Budur, mən səni öz tərəfimdən əmin edirəm..
Nəzərli. Əmin olmaq - tamamilə inanmaq, inanıb rahat olmaq, xatircəm olmaq, arxayın olmaq. Siz buna əmin ola bilərsiniz.
Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov.
İnanılacaq, inanıla bilən, düz, etibarlı. Əmin adam.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....