Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏMƏKDAŞ
is. 1. Birisi ilə bir yerdə işləyən və ya ona kömək edən adam, iş yoldaşı. Mənim əməkdaşım. - [Elxan:] Qorxmaz, zavallı əməkdaşlarım məhv oldular.. C.Cabbarlı. Qəzaya getdikdə [Eldar] qızı əməkdaş sifəti ilə öz yanınca aparır. S.Hüseyn.
Bir idarədə, müəssisədə çalışan şəxs, xidmətçi. Əməkdaşların siyahısı. Əməkdaşların iştirakı vacibdir.
Bəzi ixtisas işçilərinin adı. Jurnal əməkdaşı. // Elmi tədqiqat institutunda vəzifə adı. Institutun elmi əməkdaşı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....