Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏLLƏŞMƏK
f. 1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı. Buludların .. günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini görüb biz əlləşərdik, çalışardıq ki, o namərbut qara buludları başımız üstündən rədd edək. T.Ş.Simurq. Fatma arvad hələ də təndir başında əlləşir. Mir Cəlal. □ Əlləşib-vuruşmaq - çox çalışmaq, çox zəhmət çəkmək.
Çəkişmək, mübarizə etmək, deyişmək. Sən onunla əlləşmə. - ..Yerdə qaçan şimşəyin; Çirmənib əlləşməyin; Carçısı mən olaydım. Ə.Cavad. Yaşar bu yarımcan qurdla əlləşməkdə ikən birdən yan-yörədən səs gəldi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....