Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏLİFBA
is. [ər.] 1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. - Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir. C.Məmmədquluzadə. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. □ Əlifba sırası əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.
məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır.
□□ Morze əlifbası - teleqrafda işlənən şərti işarələr sistemi. Not əlifbası - musiqi notlarında işlənən işarələr sistemi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla