Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏLİF1

is [ər. əsli qəd. yəh.] 1. Ərəb əlifbasının I şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir? M.Ə.Sabir. Mirzə Həsən: - Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “a” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. C.Məmmədquluzadə.
2. məc. Düz, şax, şaquli mənasında. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. □ Əlif qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala (yaya, nuna) dönmək klas. - beli bükülmək. Hicran gecələri qayğu çəkməkdən; Əlif qəddim əyri yayə dönübdü. “Qurbani”. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. Əlifdən başlamaq lap əvvəldən, lap başdan başlamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....