Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏLÇİM, ƏLÇİN
is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. [Tapdıq] ..gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. □ Bir əlçim - bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....