Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏLBƏYAXA
1. is. Şiddətli dava, vuruşma; mübarizə. [Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır. S.Rəhimov. Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü. M.Rzaquluzadə. □ Əlbəyaxa olmaq - bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək. Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi. M.S.Ordubadi. Ər və arvad əlbəyaxa oldular. C.Məmmədquluzadə. [Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi. B.Bayramov.
sif Şiddətli, amansız. Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi. Ə.Əbülhəsən. Əlbəyaxa vuruş(ma) - silahsız halda və ya soyuq silahla aparılan döyüş. Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi. Mir Cəlal. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa. Ə.Cəmil. Əlbəyaxa vuruşmaq - birbirindən yapışmaq, şiddətli vuruşmaq. Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu. A.Şaiq. Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....