Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏLAC

is. [ər.] 1. Bir xəstəliyin sağalmasına kömək edən hər bir şey; dərman, dava. Hazır əlaclar var. - Firuzə xəstəni bir an gözdən qoymurdu, həkimin yazdığı əlacı vaxtlı-vaxtında içirir və üstündə gecə-gündüz yarpaq kimi titrəyirdi. A.Şaiq. [Sadıq kişi:] Ay usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb, nə əlac edirik, qan kəsilmək bilmir. C.Məmmədquluzadə.
2. Tədbir; vasitə. Bu işi yoluna qoymaq üçün bir əlac axtarmalı. - Der: - Qanda bulum əlacın, ey yar? Kimdən yetə ehtiyacın, ey yar? Xətayi. // Çarə. [Ağa Kərim xan:] İt hürdükcə qaçıram bağa, əlac nədi, qorxuram. N.Vəzirov. □ Əlac etmək - müalicə etmək, sağaltmağa çalışmaq. Əlac vermək (etmək, tapmaq) - vəziyyətdən qurtarmaq, çıxış yolu tapmaq (göstərmək), çarə tapmaq. [Aslan:] Yox, böylə deyil, buna bir əlac tapmalıyıq. İ.Musabəyov. [Birinci kəndli:] Əlac elə, aşağı bağlar əldən getdi. H.Nəzərli. Bəlkə tez gələsən, əlac verəsən; Sünbülün saçını yığıb hörəsən. N.Rəfibəyli. Əlacı kəsilmək (üzülmək) - çarəsi kəsilmək, çarəsiz qalmaq. Nə qədər güc vurdu, götürmədi əl; Kəsildi əlacı, qaldı məəttəl. Q.Zakir. Əlacım hər tərəfdən kəsildi, bir təbəqə kağızı qoydum qabağıma, dedim, indi söylə, mən yazım. Qantəmir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....