Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏQRƏB2
is. [ər.] Saat, kompas və sairədə öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mil. Saat əqrəbi. Saniyə əqrəbi. Kompasın əqrəbi. - ..[Vaqif] qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli. Saatın əqrəbləri on ikiyə yaxındır. Qucaqlaşaq, ayrılaq. Yaxın dur! R.Rza.
□□ Əqrəb əqrəb üstündə - saatın tam 12 olduğunu göstərən ifadə; // bəzən tam vaxtında mənasında. Nazir.. müşavirənin sabah saat onda əqrəb əqrəb üstündə, .. öz yanında davam edəcəyini bildirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....