Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏQRƏB1
is. [ər.] 1. zool. Quyruğunun ucunda zəhərli iynəsi olan onurğasız həşərat. Əqrəb sancması. Hər daşı qaldırırsan, altından əqrəb çıxır. Əqrəb zəhərli olur. Hər kəs məndən sənə yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas.
Qədim astronomiyada: on iki bürcdən birinin adı. Əqrəb bürcü. - Xəbər verdi ki, sabah yola çıxmaq olmaz, çünki sabah qəmər Əqrəbdədir. C.Məmmədquluzadə.
məc. Gizlindən pislik edən müzür adam haqqında. Sən ki bir əqrəb imişsən, gerçək; Bu zəhərlər, bu tikanlar nə demək. H.Cavid. Basma ayağını bizim torpağa; Ilandan, əqrəbdən yar ola bilməz. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....