Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏQİQ
is. [ər.] Müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s.-də istifadə edilən bərk mineral. ..Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı. M.S.Ordubadi. □ Əqiq kimi iri, dən-dən və parlaq. Narın birini kəsdim. Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal. Yəmən əqiqi, əqiqi-Yəmən
əqiqin qırmızı rəngli əla cinsi (şairanə təşbehlərdə). Dəryada dişintək dürrişəhvar tapılmaz; Ləlin kimi kan içrə əqiqiYəmən olmaz. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....