Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏKS-SƏDA

is. [ər.] 1. Qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs. Musiqinin əkssədası. Uğultunun əks-sədası. - Dağa dersəm, eşidir, sonra verir əks-səda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım. M.Hadi. Fəqət qamışlıqdan gələn əks-sədadan başqa bir səs eşitmədi. H.Nəzərli. [At] nə isə görüb bərkdən kişnəyir. Lakin bu kişnəmə heç bir əks-səda vermir. R.Rza. // məc. Səs, əks. Hadisələrin əks-sədası. - “Nicati-Iran” qəzeti.. işlərinizin əks-sədasıdır. M.İbrahimov. “Sevil” tamaşasının rayonlarda əkssədası daha gurultulu oldu. S.Rəhman.
2. məc. Təsir. Nədənsə bu vahiməli səsin uzaq əks-sədası beynimdən keçib məni üşütdü. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....