Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏKSİNƏ
zərf. 1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur. - ..Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. Vəziyyəti büsbütün əksinə məna edirsiniz. M.S.Ordubadi. □ Əksinə getmək - ziddinə getmək (hərəkət etmək), düşmənçilik etmək. Zavallı anacığım!.. Tamam da sənin əksinə gedir. S.S.Axundov.
2. Deyilənin və ya nəzərdə tutulanın, gözlənilənin və s.-nin tam tərsinə; biləks (bəzən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki azalmadı, əksinə, daha da artdı. Maşının sürətini azaltmaqdansa, əksinə, daha da artırdı.
Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın idi... S.S.Axundov. Əksinə, rəiyyətin “əlaltı və nankor” hərəkəti şeytan-şuğulun pıçıltısı ilə bəyin qulağına çatdı.. S.Rəhimov. Tofiq isə əksinə, alçaq boylu sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....