Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏKSƏR

sif [ər.] Ən çox, lap çox, həddən ziyadə, ümumiyyətlə. Əksər hallarda (çox hallarda). - Gərçi var iş qanan kişi tək-tək; Əksəri-xalq əvamdır, bişək. S.Ə.Şirvani. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyiryaxşı. C.Məmmədquluzadə. // Təsirlik halda: əksəri - çoxu, çoxusu, əksəriyyəti. Camaatın əksəri. Tələbələrin əksəri yaxşı oxuyur. - Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. T.Ş.Simurq. Dağların hərəsi bir rəng çalır, çünki bunların eləsi var ki, meşələrlə örtülüblər, amma dağların əksəri lütdürlər. C.Məmmədquluzadə. [Sultan:] ..Tiflisdə və qeyri yerlərdə oxumuş qızların əksəri məişətə və zindəganlığa bu təhər baxırlar. N.Nərimanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....