Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏKİZ

1. sif. Anadan cüt olan, cüt doğulan. Əkiz uşaqlar. Əkiz (z.) doğmaq. Çobanlar bəzən qucaqlarındakı əkiz quzunu soyuqdan qorumaq üçün ərklə Səfər kişinin mənzilinə girirlər. Mir Cəlal.
2. is. Əkiz doğulmuş uşaqlardan hər biri. Əkizlərin biri oğlan, digəri qızdır. // məc. zərf Bərabər, eyni zamanda. Əkiz yaranmışdır insan ilə qəm. S.Vurğun. ..Fəqət əkiz yaranmışdır xəyal, həqiqət. M.Rahim. Bizlə əkiz doğulmuşdur; Namus, vicdan, şərəf hünər. O.Sarıvəlli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....