Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏHYA
is. [ər.] klas. 1. Diriltmə, canlandırma, oyatma; dirilmə, canlanma, oyanma. Nola gər əmvatü əhya versə sübhün dəmləri; Zikri-ləlindir, kim eylər dəmbədəm təkrar sübh. Füzuli.
məc. Yenidən həyat vermə, bərpa etmə, abadlaşdırıb şənləndirmə, canlandırma. Əhya etmək - yenidən həyat vermək, canlandırmaq, bərpa etmək, abadlaşdırıb şənləndirmək. Biz behiştə bərabər olan vətənimizin şərafətini əhya etməliyik. M.F.Axundzadə. // Vücuda gətirmə, təsis etmə.
din. Dindar müsəlmanların gecə sübhə kimi ibadətlə məşğul olması. Əhya gecələri. - Orucluq ayının [ramazanda] 19, 21, 23-cü günlərinə əhya axşamı və ya sadəcə əhya deyərdilər. H.Sarabski. Əhya gecəsi olduğu üçün, əsil möminlər .. başlarına Quran qoyub dua oxumaqla səhəri açmaq niyyətində idilər. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....