Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏHVALPÜRSANLIQ

is. köhn. Bir-birinin əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpürsanlığa gəldilər. “Əsli və Kərəm”. Salamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev. Molla bacı gülümsünürdü, qızlara xeyirdua verirdi və sonra əhvalpürsanlıq başlayırdı. Çəmənzəminli. □ Əhvalpürsanlıq etmək - bir-birinin əhvalını soruşmaq, əhvallaşmaq. Haman saat xan bir neçə mötəbər şəxsi oğlunun yanına göndərdi ki, ondan əhvalpürsanlıq etsinlər. “Əsli və Kərəm”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....