Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏHSƏN
nida [ər.] 1. Bəyənmə, tərif bildirir - afərin! barakallah! eşq olsun! Əhsən sənə, ey vətənin qəhrəman oğlu! Əhsən onu yaradan əllərə! Əhsən bu kəlama! - Hər ildə müsəlman edə gər bunca tərəqqi; Bir az keçər aləm deyər: - Əhsən, belə millət! Ə.Qəmküsar. [Səfər bəy:] Əhsən! Yaxşı sudur, Qənbərqulu! B.Talıblı. Kimsə yerindən dedi: - Bu ağıllı təklifidir. Əhsən bu kəlama.. Ə.Vəliyev. □ Əhsən demək (oxumaq) - tərifləmək, afərin demək, bəyənmək. Hamı sənə əhsən deyər. - Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”. O, tamaşa günü anasını aparıb zalda oturdacaqdı ki, baxıb oğlunun göstərdiyi məharətə əhsən desin. S.Rəhman. Ətri gözəl, təzə balın; Baxan kimi xoş dadına; Bir ağızdan əhsən dedi; Hamı onun ustadına. M.Dilbazi.
Bəzən əks mənada işlənir. [Gəray:] Əhdi, ilqarı nə tez qırdın sən? Adına bu yaraşarmı, əhsən! A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....