Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
ƏHƏNG
is. [fars.] Əhəngdaşını yandırmaqla əldə edilən ağrəngli, kəsək halında material. [Qərənfil:] Keçən il təşəbbüs qaldırdınız ki, təzə yasli tikək, düzün ortasına bir-iki araba əhəngdən, qumdan tökdünüz, qaldı yağışın altında. İ.Əfəndiyev. // Əhəng məhlulu. Evin divarlarını əhənglə ağartmaq. - Bağ işçiləri maşından ağacın dibinə əlavə mədəni gübrə tökdülər və yaxud iri fırçalarla ağacların gövdəsinə əhəng çəkdilər. Ə.Sadıq. □ Əhəng kürəsi əhəngdaşını bişirib əhəng hasil etmək üçün sadə ocaq, soba; kürəxana. Əhəng kürəsində əhəngdaşı bişirilir və ondan əhəng istehsal edilir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....