Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏHƏMİYYƏT
is. [ər.] Mühümlük, qiymətlilik, dəyərlilik; rol, dəyər. Məsələnin əhəmiyyəti. Çıxarılan nəticələrin əhəmiyyəti. Tədbirin əhəmiyyəti. Müzakirənin əhəmiyyəti. - ...Ailədə məktəbəqədər tərbiyənin xüsusi əhəmiyyəti vardır. S.Rəhimov. Əhəmiyyət qazanmaq (kəsb etmək) diqqəti cəlb etmək, nəzərə alınmasını tələb etmək, vacib olmaq. Məsələ çox böyük əhəmiyyət qazanmışdır. Əhəmiyyət vermək çox lazımlı, çox dəyərli, çox vacib hesab edərək nəzərə almaq, diqqət yetirmək. Məsələyə ciddi əhəmiyyət vermək; // məna vermək, fikir vermək. Onun dediklərinə çox əhəmiyyət vermə. - Mehriban onun hərəkətinə əvvəlki qədər əhəmiyyət də vermirdi. S.Hüseyn. [Qarı] yolundakı saysız-hesabsız çiçəklərə əhəmiyyət vermədən dərəni kəsib keçdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla