Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏHD-PEYMAN
is. [ər. əhd və fars. peyman] Bir-birinə təntənəli surətdə söz vermə, əhdləşmə. Bir xeyli zamandır, getdi gəlmədi; Əhd-peymanına qurban olduğum. Ə.Cavad. Mənə elə gəlir ki, bu söhbətlər əbəsdir. Belə əhd-peymanlar, nəsihətlər əbəsdir. S.Rüstəm. □ Əhd-peyman bağlamaq - bax əhd-peyman etmək. Nigar xanım atasının yanından durub birbaş gəldi reyhanlığa, həmin yerdə ki Məstanla görüşüb əhd-peyman bağlamışdı. (Nağıl). Əhd-peyman etmək - bir-birinə təntənəli surətdə söz vermək, əhdləşmək, andlaşmaq. İki həsrətli əhd-peyman edib ayrıldılar. “Aşıq Qərib”. İstəyirsən səninlə bu barədə əhd-peyman edim. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....