Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏHD
is. [ər.] 1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə. - Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir. Əhd qılmaq (bağlamaq) klas. - bax əhd etmək. Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli. [Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı. Əhd etmək (eləmək) söz vermək, and içmək. Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani. ..Əhd edib mən ürəklə and içdim. H.Cavid. Əhdə vəfa etmək - verdiyi sözü, əhdini, andını yerinə yetirmək. [Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı. [Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. U.Hacıbəyov. Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn. Əhdə durmamaq- bax əhdindən dönmək (keçmək). Əhdindən qaçmaq- bax əhdindən dönmək (keçmək). Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı). Əhdindən dönmək (keçmək) - vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq. [Şərəf xanım:] Indi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov. [Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı. Əhdinə vəfasız çıxmaq vədini unutmaq, verdiyi sözə əməl etməmək. Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza. Əhdinə çatmaq - arzusuna çatmaq. Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı). Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) - bax əhdindən dönmək (keçmək). Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn. [Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq. Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı.. N.Rəfibəyli.
Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə. Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad. Əhd bağlamaq - razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək. Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar. Əhd bağlanmaq - razılıq əldə edilmək, qərara alınmaq.
köhn. Çağ, vaxt, zaman, dövr.
□□ Əhdi kəsilmək - b a x əhədi kəsilmək (“əhəd”də). [Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....