Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏHATƏ

is. [ər.] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma. Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov. □ Əhatə etmək - 1) bax əhatələmək. Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak etsinlər. M.F.Axundzadə. Düşmənlər hər tərəfdən şəhəri əhatə etmişdi, şəhər darvazaları tamamən bağlanıb, dallarına qalın torpaq çəkilmişdi. Çəmənzəminli. Ətrafı düşmən əhatə edibdir. M.S.Ordubadi; 2) məc. qavramaq. Bütün məsələləri əhatə etmək mümkün olmadı. - Görünür, mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz. M.S.Ordubadi. Mirzə Fətəlinin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. Əhatə olunmaq - bax əhatələnmək. Bizim [Xəzər] dənizinin suyu acı da olsa, hər bir tərəfdən quru ilə əhatə olunduğu üçün göl hesab olunur. H.Zərdabi. Bəsti gənclərlə əhatə olunmuş halda qapıdan içəriyə girdi.. Ə.Sadıq. [Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdur. S.Rəhimov. Əhatəyə almaq - bax əhatə etmək. Faytonu əhatəyə aldılar. Iki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. İ.Şıxlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....