Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ƏHALİ

is. [ər. “əhl” söz. cəmi] 1. Bir yerdə yaşamaqda olan adamlar; camaat. Şəhər əhalisi. Kənd əhalisi. Rayonun əhalisi. - Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. Əhalisinin çox qismi qışlaqda yaşayan bu böyük kənd, qarlar altında qalmış bir məzarıstana bənzəyirdi. S.Hüseyn. Biz öz məqsədimiz üçün yerli əhalidən dürlü yollar ilə istifadə etməli idik. H.Nəzərli.
Bir ölkənin sakinləri, camaatı, xalqı. Əhalinin siyahıyaalınması. Əhalinin sayı. Əhalinin artımı. - Hökumət birinci dumanı buraxdı. Fevral ayında ikinci bir duma açılacağını əhaliyə elan etdi. U.Hacıbəyov. Əhalinin xeyli qismi hələ cəbhələrdə vuruşurdu. Ə.Sadıq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....