Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏFV
is. [ər.] Günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama. [Yusif:] Əfvinlə sevinməz könül, əfsus; Zalım yenə zalımdır. H.Cavid. Şəfiqənin gülüşündə kin yox idi, bu gülüş bəlkə də əfv idi. Ə.Məmmədxanlı. □ Əfv edərsiniz, əfv ediniz - bağışlayın, üzr istəyirəm. [Yaşlı kişi:] - Əfv edərsiniz, dedim, - mən nabələd adamam, nəzirim nə qədər olacaq? S.Hüseyn; // bəzən nəzakətli etiraz yerində. Əfv edərsiniz, məsələ elə deyil. Əfv etmək - 1) günahından keçmək, təqsirini bağışlamaq. Sənin təqsirini əfv etmək olmaz. - Mehriban Zeynalı əfv etmək istəyirdi. Onu yenə sevə bilərdi. S.Hüseyn. Mən rica edirəm ki, bu dəfəlik bəy əfv eləsin. H.Nəzərli. Əfv etdim hər şeyi, əfv etdim sənə; O soyuq sözləri, o gülüşləri. R.Rza; 2) üzrlü saymaq. Məni əfv edin, sizi yola sala bilməyəcəyəm. Gecikdiyim üçün məni əfv edin. Əfv olunmaq - günahından, təqsirindən keçilmək, təqsiri bağışlanmaq. [Həsən:] İndi bəlkə əfv oluna biləsən. H.Nəzərli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla