Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏFSANƏVİ
sif. [fars.] 1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər. - Bəzən əfsanəvi bir mələk kimi; Uçursan o mavi asimanlara. S.Vurğun. Uzaqdan dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza.
2. məc. tənt. Qeyri-adi, fövqəladə, misli görünməmiş. Əfsanəvi qəhrəmanlıq. Əfsanəvi gözəllik. - Gülsənəm arvad öz tərifindən ruhlanır, ruhlandıqca da, elə bil, qeyriadi, əfsanəvi bir hadisədən danışırdı. M.Hüseyn. // məc. Nağıllarda olduğu kimi; xəyali. Iki həftə əvvəl milyon işıqları ilə əfsanəvi bir şəhəri xatırladan Bakı, artıq qaranlıq içərisində idi. Ə.Məmmədxanlı. Lap yaxından baxırıq; Bizə uzaqdan baxan; Əfsanəvi Aya biz. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla