Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏFĞAN
is. [fars.] klas. Fəryad, fəğan. Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli. Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir. Qövsi. Firqətdə lazımdır aşiqə əfğan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Bir an səni görməyəndə, yarım; Əfğani yetirrəm asimanə. Heyran xanım. Bilmirəm bunca nədir ah ilə əfğanın sənin. Ə.Nəzmi. □ Əfğan etmək (eyləmək, qılmaq, çəkmək) klas. - fəğan etmək, fəryad etmək. Bir neçə gün ol əsiri-hicran; Məktəbə gəlib qılırdı əfğan. Füzuli. Mən Molla Vaqifəm, eylərəm əfğan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif. Zakirəm, çəkirəm əfğan; Bülbül kimi şəbi-hicran. Q.Zakir. Əfğanə gəlmək - bax əfğan etmək. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir. Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....