Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏFƏNDİ
is. [ər. əsli yun.] 1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi! Ə.Cavad. Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. Molla Cümə.
Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. // Keçmişdə: hörmətlə müraciət. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. N.Nərimanov. [Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. // Türk ziyalısına müraciət. Ilk dəfə gördüyü əfəndinin .. danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla