Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏDNA
sif. və is. [ər.] klas. 1. Alçaq, rəzil, nanəcib. 0ah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. M.F.Axundzadə. Belə iş yaramaz hərgiz əqilə; Qulaq asma hər ədnaya, sevgilim! Aşıq Pəri. Biz vətən mülkün həqiqətlə sevən aşiqlərik; Xaini, ədnanı yurdumdan kənar istər könül. Ə.Vahid.
köhn. Keçmişdə aşağı təbəqədən, qara camaatdan olan adama verilən ad. Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan; Kim, padşahi-hüsn olan ədnayə baxarmı? Q.Zakir. [Rizvan:] Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....