Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏDİB
is. [ər.] 1. Yazıçı, nasir. Azərbaycan ədibləri. - Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib”, amma bizim imlaya heç olmasa “bir az əcib” də demək istəmir. C.Məmmədquluzadə. Ziyafətdə şair və ədiblərin, ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. M.S.Ordubadi. // Ədəbiyyatla məşğul olan adam, ədəbiyyatşünas, ədəbiyyat mütəxəssisi. // Mühərrir. Ədib Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar “. Məmmədquluzadə. Gəncədə bir ədibibiəmsal; Bir qəzet açdı, adı “Istiqbal”. Ə.Nəzmi.
klas. Ədəbli, tərbiyəli. Məcnun dedi: Ey ədibi-kamil; Divaneyi-eşq olurmu aqil? Füzuli. Necə kim bir ədibi-mümtazın; Dərsihikmət ədası tərbiyədir. M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....