Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏDALƏT
is. [ər. ] 1. Haqq və düzgünlük prinsiplərinə riayət. Ədalətə riayət etmək. İctimai ədalət. Ədalət hissini itirmək. Ədaləti bərpa etmək. - [Pişxidmət:] Haqq və ədalətmi? ..O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid. Aldadır bəşəri yalan vədələr; Haqdan, ədalətdən yoxdur bir əsər. S.Vurğun. □ Ədalət divanı köhn.
b ax ədalət məhkəməsi. Paşa o saat bir
ədalət divanı qurub keşişi də çağırtdırdı. uƏsli və Kərəm”. [Muzdur] əlindəki dövləti, hər necə olsa, ədalət divanına yetirməyə niyyət qoydu. S.M.Qənizadə. Ədalət məhkəməsi - ədalətlə işə baxan, ədalətli hökm çıxaran məhkəmə. Bu gün, sabah qurulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun.
2. İnsaf, mürüvvət. Ədalətlə (z.) hərəkət etmək. Ədalətlə (z.) işə baxmaq. - Adil, həyatda şeir və hikmət aşiqi, insaf və ədalət tərəfdarı idi. S.Rəhimov. □ Ədalət etmək
insaf etmək, insafla hərəkət etmək. Sair miləl övrətlə ədalət edir etsin! Ovrət ərə, ər övrətə rəğbət edir etsin! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....