Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏCR
is. [ər.] köhn. Bir iş müqabilində verilən əvəz; qarşılıq. Öz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli. [Səlim bəy:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzadə. Güman etməyin ki, Şeyx Şəban əzan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah, əzan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. // Cəza mənasında. İndi əcrindir, könül, çək şami-hicrin dərdini; Mən əzəl gün söylədim pəndi-firavanlar sənə. S.Ə.Şirvani. Zülm edən kimsələrin əcri budur. M.Rahim. □ Əcrini çəkmək - cəzasını çəkmək. [Vaqif:] Məmməd cəzasına çatmışdır, - dedi, - xanın üzünə ağ olan əcrini çəkməlidir.. Çəmənzəminli. [Zülfüqar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini çəksinlər. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla