Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏCƏLƏ
[ər.] 1. is. Tələsmə, bir işi teztələsik görməyə çalışma, səbirsizlik göstərmə. □ Əcələ etmək - tələsmək. Arıq atlı konka stansiyaya yaxınlaşmışdı, o minmək üçün əcələ edərkən ağır bir qol çiynindən yapışdı. A.Şaiq. [Səfərəli:] Rica edirəm, əcələ ediniz. H.Nəzərli.
zərfi və sif. Tələsik, cəld, tez-tələsik. ..Bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq. C.Məmmədquluzadə. [Roza:] Neçin? Əcələ bir işinizmi var? H.Cavid. □ Əcələ ilə - tələsik, sürətlə, tez, cəld. [Gülçöhrə:] Görürsən, mənim başıma nə işlər gətirirlər?.. Mümkün var isə, gəl tez qaçaq (əcələ ilə dartınır). Ü.Hacıbəyov. Xidmətçilər əcələ ilə o tərəfi-bu tərəfə hərəkət edirdilər. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....