Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏCƏL
is. [ər.] Hər bir canlının, xüsusən insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı. [Ağamurad bəy:] Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Omürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. // Ümumiyyətlə, ölüm, ölüm çağı. Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). [Mehriban] istəyirdi ki, belə halında, əcəlin soyuq qanadları üzünü oxşarkən Zeynal yatağının yanında, başı üzərində bulunsun. S.Hüseyn. □ Əcəl girləmək bax əcəli gəlmək. [Nemət kişi:] Görünür, hansı bədbəxti isə əcəl girləyib. M.Hüseyn. Əcəli gəlmək (çatmaq, tamam olmaq, yetmək) - ölüm vaxtı yetişmək. Əcəl gəldi, başım üstə dayandı; Şirin canım eşqin oduna yandı. “Aşıq Qərib”. Nə cütü var, nə kotanı, nə kəli; Olmək istər, yetişməyir əcəli. A.Səhhət. Xəstə şəfa tapmayıb öləndə deyərdi: - Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. S.S.Axundov. Öz əcəli ilə ölmək - təbii ölümlə ölmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....