Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ƏBƏS
sif. [ər.] 1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərfəbəs məscidə, mollayə səni. M.Ə.Sabir. □ Əbəs yerə - 1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm. - [Hacı Nuru şair:] ..Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə. Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. [Pərzad:] Əbəs yerə, Yusifi bəy, arvad sözünə inanma. N.Nərimanov;
əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir - nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir. - Söylədi tülkü: - Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət.
əbəs-əbəs zərfi Nahaq yerə. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Gül dilləndi: “Salmayın səs; Danışmayın əbəsəbəs”. M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....