Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EV-EŞİK
is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək. - [Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik? N.Vəzirov. [Hacı Nəsir:] ..Bu gündən bu eveşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. S.S.Axundov. □ Ev-eşik düzəltmək - özü üçün ev və ailə qurmaq. Telli dişi ilə, dırnağı ilə çalışmış, axır Islam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn. Ev-eşik sahibi (yiyəsi) olmaq bax ev olmaq, ev yiyəsi olmaq (“ev”də). [Cahan xala:] Neçə vaxtdır ki, mən sənə deyirəm: - Əsgər, gəl evlən, ev-eşikyiyəsi ol, oğul-uşaq sahibi ol. Ü.Hacıbəyov. Gülarə ilə evlənmək, bir neçə müddətdən sonra oğuluşaq atası və ev-eşik sahibi olmaq fikri onun beynindən bir an çıxmırdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....