Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ETİRAZ
is. [ər.] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə. Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz. S.Ə.Şirvani. Səriyyə xalanın bütün etirazları puça çıxdı. S.Rəhman. □ Etiraz etmək - qəti razı olmadığını bildirmək, razılaşmamaq, qəbul etməmək. Ey səlamət əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni-rüsvayə bax! Füzuli. Qətibə bu fikrə etiraz etdi.. M.S.Ordubadi. Anası .. qızının səfərinə etiraz etmək istədi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....