Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ETİDAL
is. [ər.] 1. Mötədillik, mülayimlik, orta halda olma; tam lazım olduğu dərəcədə, həddə olma.
Soyuqqanlılıq, sakitlik, təmkin. Nizami və Fəxrəddinə göstərilən bu qədər səmimi münasibət Qətibənin əsəblərinə toxunsa belə, öz etidalını pozmayaraq yenə də Azərbaycan nümayəndələrinin rahatlığı üçün hər bir vasitənin hazır edilməsinə diqqət verdi. M.S.Ordubadi. Mehriban Zeynalın belə gecikməsinə əhəmiyyət verməyirdi. Etidalını pozmadan oturub çocuqlarına paltar tikirdi. S.Hüseyn.
“la” şəkilçisi ilə: etidalla yaxud kəmali-etidalla zərf - soyuqqanlılıqla, səbirlə, təmkinlə, sakit surətdə. [Səlim] kəmalietidalla gözləyirdi ki, [Mehriban] ağlayıb ürəyini boşaltsın. S.Hüseyn. Ramazan yenə də etidalla cavab verdi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....