Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ETİBAR
is. [ər.] 1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. Insan oğlu can verər pərvanə tək atəşlərə; Düz sözün, düz ilqarın, düz etibarın eşqinə. S.Vurğun. // məc. Vəfa. Zakir, etibarı yoxdur dünyanın; Aldanma xeyrinə, şərinə anın. Q.Zakir. Lakin günəşdə etibar görünmürdü; yerdən buğ qalxır, dağların başı dumanlanır, üfüqlər bulaşmağa başlayırdı. Çəmənzəminli. □ Etibar etmək (göstərmək, qılmaq) - inanmaq, etimad etmək, inam göstərmək. Mən böylə qılırdım etibarı; Kim bundan olur könül qərarı. Füzuli. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onun doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. M.F.Axundzadə. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Ü.Hacıbəyov.
klas. Ad, san, şərəf, hörmət, nüfuz. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. M.Ə.Sabir. Keyfə sərf eylədim də milyonlar; Yenə dövlətcə etibarım var. H.Cavid. Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq - 1) hörmətdən düşmək, nüfuzunu itirmək. Bundan sonra zəmanədə mən mərəzə şaiqəm; Çün düşmüşəm yanında onun etibardən. S.Ə.Şirvani; 2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq; 3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında). Etibarı olmaq - 1) inanılmaq, başqasının yanında etimadı olmaq;
möhkəm olmaq, davamlı olmaq.
klas. Əhəmiyyət, məna. Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. S.Ə.Şirvani.
“ilə” qoşması ilə: etibarı ilə - fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. Bu dövrdə böyük yazıçının hekayələri forma etibarı ilə ən çox novella xasiyyəti daşıyır. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....