Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
EŞİKAĞASI
is. 1. tar. Şah saraylarında təşrifat məmuru. [Nadir şah] eşikağası mənsəbini [İbrahimxəlil ağanın oğlu Fəzləli bəyə] münasib gördü və bu qulluğu o mərhumə verdi. M.Adıgözəlbəy. Zamanı eşikağası işdən agah etdi, biçarə mehtər xanın ayağına yıxıldı.. Çəmənzəminli. Ibrahim xan şairin istedadına şəxsən inanıb, onu özünə yaxınlaşdırdı və 1769-cu ildə eşikağası vəzifəsinə təyin etdi. F.Köçərli.
2. köhn. Keçmişdə: böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs; nökərbaşı. Xan taların sədrində taxt üstündə oturubdur: hüzurunda durubdur Səlim bəy eşikağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər.. M.F.Axundzadə. Bu adam rəisin eşikağası idi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla